[b]Həyətində narkotik əkən məhkəmə zalında həbs edildi[/b]
01 may 2017 11:32 (UTC +04:00)

[b]Həyətində narkotik əkən məhkəmə zalında həbs edildi[/b]

0

Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkməkdə təqsirləndirilən Heydər Piriyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın məlumatına görə,  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

 

Hakimlər kollegiyasının hökmü ilə H.Piriyev 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilib və məhkəmə zalında həbs olunub.

 

Qeyd edək ki, H.Piriyev ötən il sentyabrın 9-da Xəzər rayonu, Qala qəsəbəsində hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb. O, evinin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkib. Əməliyyat zamanı 25 kol narkotik maddə olan bitki götürülüb.

 

H.Piriyev Cinayət Məcəlləsinin 237.1-ci (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkmə, yetişdirmə, onları (onların hissələrini) toplama, habelə çətənə, xaşxaş növlərini və ya tərkibində narkotik maddələr olan digər bitkiləri kultivasiya etmə) maddəsi ilə ittiham olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 220

Oxşar yazılar