<b>Həbsdə olan NİDA üzvü "Kürdəxanı"ya köçürüldü</b>
19 avqust 2016 10:39 (UTC +04:00)

Həbsdə olan NİDA üzvü "Kürdəxanı"ya köçürüldü

0

NIDA vətəndaş hərakatının həbsdə olunan üzvü Elgiz Qəhrəman Bakı İstintaq İdarəsinə köçürülüb.

 

Lent.az-a bu barədə vəkil Nemət Kərimli məlumat verib. O, bildirib ki, Elgiz Qəhrəman bu gün “Bantondel”dən Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq İdarəsinə köçürülüb.

 

Vəkil bildirib ki, nahardan sonra Elgiz Qəhrəmanla görüşməyə calışacaq.

 

Qeyd edək ki, Elgiz Qəhrəmana Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi ) maddəsi ilə ittiham verilib. Nərimanov rayon Məhkəməsinin qərarı ilə Elgiz Qəhrəman barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. O, avqustun 12-də saxlanılıb. Verilən ittihama görə,  Onun üzərinə baxış zamanı 3,315 qram heroin aşkarlanıb.

 

Avqustun 13-də isə E.Qəhrəman barədə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 293

Oxşar yazılar