Mehman Hüseynov əməliyyat olunacaq - <span style="color:red;">TƏCRİDXANADA
20 aprel 2017 16:11 (UTC +04:00)

Mehman Hüseynov əməliyyat olunacaq - TƏCRİDXANADA

Həbsdə olan bloqçu Mehman Hüseynovun səhhətində problemlər var.

 

Bu barədə Lent.az-a onun vəkili Elçin Sadıqov məlumat verib.

 

Vəkilin sözlərinə görə, Mehmanın həbsdən öncə sağlamlığı ilə bağlı mövcud olan bəzi problemlərin həlli həbsxana şəraitində daha da aktuallıq kəsb etməyə başlayıb: “Onun venoz damarında hələ bundan əvvəllər də problem vardı. Venoz damardakı genişlənmə ağrılarla müşaiyət olunur, həbsxana şəraitində daha artıq diqqət tələb edir".

 

Elçin Sadıqov qeyd edib ki, bir neçə gün əvvəl Mehman Hüseynovu Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsindən gələn həkimlər müayinə ediblər və bildiriblər ki, cərrahi əməliyyata ehtiyacı var.

 

Vəkil bildirib ki, Mehman Hüseynovun əməliyyat olunması üçün yenidən müraciət olunub: “Buna görə də Mehman hələ cəzaçəkmə müəsissəsinə köçürülməyib”.

 

Qeyd edək ki, Mehman Hüseynov yanvarın 9-u axşam saatlarında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə təqsirli bilinərək, Nəsimi rayon məhkəməsinin qərarı ilə 200 manat cərimə olunub və sərbəst buraxılıb. M.Hüseynov məhkəmədən azad edildikdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, saxlanılarkən polislər ona işgəncə veriblər.

 

DİN onun bu açıqlamasını təkzib edib və bloggerin böhtan atdığı barədə açıqlama yayıb. Açıqlamada həmçinin bildirilirdi ki, Mehman Hüseynovun polisi ağır cinayətdə ittiham etməklə böhtan atması əməlinə hüquqi qiymət verilməsi üçün Daxili İşlər Nazirliyi tərəfindən Respublika Baş Prokurorluğu qarşısında vəsatət qaldırılıb.

 

Bundan sonra isə Nəsimi rayon polis idarəsinin rəisi Musa Musayev xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib.

 

Polis rəisi Mehman Hüseynovun CM-nin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunub, cəzalandırılmasını istəyib.

 

Suraxanı rayon Məhkəməsinin qərarı ilə Mehman Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 212
avatar

Səlcuq Elçin

Oxşar yazılar