<b>Gəlini ilə birləşib oğlunu öldürən şəxsə hökm oxundu</b>
25 aprel 2016 12:14 (UTC +04:00)

Gəlini ilə birləşib oğlunu öldürən şəxsə hökm oxundu

0

 

Bakı Ağır Cinayətlər Məhkəməsində 15 il əvvəl qətl törətməkdə təqsirləndirilən Həsrət Əliyev və onun gəlini Yeganə Ərəbovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

 

Lent.az-ın məlumatına görə, məhkəmənin hökmü ilə H. Əliyev 14 il, Y. Ərəbova 13 il müddətinə azadlıqdan məhrum ediliblər.

 

Qeyd edək ki, Quba rayon sakini, 1976-cı il təvəllüdlü Ərəbova Yeganə Mayıl qızı və onun qayınatası Həsrət Əliyev ötən il tutulublar. Aparılan araşdırmalar zamanı məlum olub ki, Həsrət Əliyev gəlini ilə birgə 2001-ci ildə oğlu Elman Əliyevi qətlə yetirərək, doğrayıblar və yaşadıqları evin həyətindəki ayaqyolu quyusuna atıblar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 241

Oxşar yazılar