Dünən Gədəbəydə baş vermiş avtobus qəzasında ağır yaralanan şəxs Bakıya gətirilib. Lent.az-ın məlumatına görə, "Kavz" markalı avtobusun aşması nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan 1969-cu il təvəllüdlü İbrahimov Niftalı Şəmil oğlu Bakıdakı 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. Qəzada yaralanmış digər 4 nəfərə isə Gədəbəy xəstəxanasında tibbi yardım göstərilib və onlar evə buraxılıb.
Bildirilir ki, 50 yaşlı Vüqar Alıməmmədovun idarə etdiyi və istismar müddəti başa çatmış 21 BA 974 dövlət qeydiyyat nişanlı avtobus yolun buzlu olması səbəbindən aşıb. Qəza nəticəsində sürücü vəfat edib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
xxxxx
Gədəbəydə ölümlə nəticələnən avtomobil qəzası baş verib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Dəyə Qarabulaq kəndinə gedən yolda qeydə alınıb.
Rayon mərkəzindən kənd istiqamətində hərəkət edən “KAvZ” markalı avtobus idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı avtobusun sürücüsü 1966-cı il təvəllüdlü Vüqar Alıməmmədov hadisə yerində ölüb. Maşında olan sərnişinlərdən 5 nəfəri müxtəlif bədən xəsarətləri alaraq Şəmkir və Gəncədə olan xəstəxanalara yerləşdirilib.
Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır.