[b]Fərman Kərimzadənin oğlunun məhkəməsinə şahidlər zorla gətiriləcək[/b]
17 oktyabr 2016 12:04 (UTC +04:00)

[b]Fərman Kərimzadənin oğlunun məhkəməsinə şahidlər zorla gətiriləcək[/b]

 

 

Tanınmış yazıçı Fərman Kərimzadənin dələduzluqda təqsirləndirilən oğlu Əziz Kərimzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

Lent.az-ın məlumatına görə,  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi keçirilən prosesdə şahid qismində Heydər Əzizov ifadə verib. O, ifadəsində bildirib ki, Əziz Kərimzadəni vəkil kimi tanıyıb və pul müqabilində hüquqi xidmət göstərib: "Ona pul verdim, işimi həll eləsin. İş baş tutmadı. Sonra pulumu geri aldım".

 

Hakim bildirib ki, digər şahidlər barəsində məcburi gətirilmə haqqında qərar qəbul edilib: "Cəlilabad polisindən məlumat gəlib ki, Elçin Mehdiyev xəstəxanadadır. Digər şahid Kamran Əliyev xarici ölkədədir".

 

Hakim onu da qeyd edib ki, bu iş üzrə 10 şahiddən 6-ı dindirilib. Qalan şahidlər barəsində yenidən məcburi gətirilmə haqqında qərar qəbul edilib.

 

Prosesdə Əziz Kərimzadə söz deyib. O bildirib ki, istintaqda ifadə verən Kamran Əliyev yalan ifadə verib: "O, zərərçəkən İlahə Əliyevanın oğludur, yalan danışıb, gəlsin burda iltizama qol çəksin, protokola düşsün".

 

Proses ayın 24-də davam edəcək.

 

Qeyd edək ki, Əziz Kərimzadə dələduzluq yolu ilə 4 vətəndaşdan 60 min manatdan artıq pul alıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilir.

 

Bakı şəhəri 3 saylı Hüquq Məsləhətxanasının vəkili olmuş Əziz Kərimzadə ilk dəfə 2012-ci ilin avqust ayında həbs edilib. Bakı sakini Elçin Dadaş oğlu Muradov Səbail rayon Polis İdarəsinin 9-cu bölməsinə müraciət edərək bildirib ki, özünü vəkil kimi təqdim edən Əziz Fərman oğlu Kərimzadə onun 12 min manat pulunu mənimsəyib.

 

2012-ci ilin noyabr ayının 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Əziz Kərimzadə və onun tanışı Azər Qurbanov 3 il müddətinə şərti azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıblar. Məhkəmə hökm zamanı təqsirləndirilən şəxslərin dəymiş ziyanı ödəmələrini yüngülləşdirici hal kimi qiymətləndirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 205
avatar

Səlcuq Elçin

Oxşar yazılar