<b>Əri ölmüş bacısını qətlə yetirən qardaşa hökm oxundu</b>
17 oktyabr 2016 18:04 (UTC +04:00)

Əri ölmüş bacısını qətlə yetirən qardaşa hökm oxundu

Bakıda bacısını öldürməkdə təqsirləndirilən şəxə hökm oxunub

 

Bacısını öldürməkdə təqsirləndirilən Elşad Davudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

 

Lent.az-ın  məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə E.Davudov 9 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, Nizami rayon ərazisində məskunlaşan məcburi köçkün, 1977-ci il təvəllüdlü Elşad Davudov bacısı, 1982-ci il təvəllüdlü Turanə Davidovanı yaşadığı evdə bıçaqlayıb. Nəticədə xəstəxanaya çatdırılan qadın orada dünyasını dəyişib.

Hadisəni törədən E.Davudov saxlanılıb. 

Məlum olub ki, qətlə yetirilən 34 yaşlı Davidova Turanə Anatoli qızının həyat yoldaşı keçən ilin yanvar ayında intihar edib. Bundan sonra o, 3 övladı ilə birlikdə Naxçıvanski küçəsindəki mənzildə kirayə yaşamağa başlayıb. T.Davidovanın 39 yaşlı qardaşı Elşad onun evinə gələrək dava-dalaş salıb. Bu zaman o, bacısının döş qəfəsi nahiyəsinə sarsıdıcı zərbə vurub. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən qadının həyatını xilas etmək mümkün olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 182
avatar

Səlcuq Elçin

Oxşar yazılar