AXCP sədri Əli Kərimlinin köməkçisi, "Azadlıq" qəzetinin yayım direktoru Faiq Əmirlinin barəsində olan cinayət işinin istintaqı yekunlaşıb.
Lent.az-a bu barədə F.Əmirlinin vəkili Fəxrəddin Mehtiyev məlumat verib.
Vəkil bildirib ki, iş yaxın günlərdə baxılması üçün məhkəməyə göndəriləcək.
Qeyd edək ki, bu il martın 11-də F.Əmirli barəsində seçilmiş həbs qətimkan tədbiri başa çatırdı. İstintaq orqanının təqdimatı əsasında Nəsimi rayon Məhkəməsi F.Əmirli barəsində olan həbs qərarının müddətini iyun ayının 2-dək uzatmışdı. F.Əmirlinin vəkili qərardan apellyasiya şikayəti vermişdi.
F.Əmirli ötən il avqustun 20-də saxlanılıb. Avqustun 22-də Nəsimi rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib. Onun barəsindəki həbs qətimkan qərarının müddəti bir neçə dəfə artırılıb.
O, Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması), 213-cü (vergidən yayınma) və 308-ci vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham edilir.