<b>Əli Kərimlinin köməkçisi azadlığa buraxılmadı</b>
12 oktyabr 2016 15:50 (UTC +04:00)

Əli Kərimlinin köməkçisi azadlığa buraxılmadı

AXCP sədri Əli Kərimlinin köməkçisi, “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirlinin barəsində seçilən həbs qətimlkan tədbirinin ev dustaqlığı dəyişdirilməsinə baxılıb.

Lent.az-ın məlumatına görə, Nəsimi rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən Faiq Əmirlinin şikayəti təmin edilməyib.

 

Qeyd edək ki, F.Əmirli avqustun 20-də saxlanılıb. Saxlanılarkən ona qarşı Cinayət Məcəlləsinin 283.1-ci (Milli, irqi, sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddəsi üzrə ittiham irəli sürülüb.

Daha sonra F.Əmirliyə qarşı Cinayət Məcəlləsinin 168.1-ci (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddəsi ilə ittiham irəli sürülüb.  

Nəsimi rayon Məhkəməsində Faiq Əmirli barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 166
avatar

Səlcuq Elçin

Oxşar yazılar