<b>Sabiq müstəntiq Rüfət Səfərovun istəyi reallaşmadı</b>
11 iyul 2017 12:51 (UTC +04:00)

Sabiq müstəntiq Rüfət Səfərovun istəyi reallaşmadı

0

Rüşvət almaqda təqsirləndirilən keçmiş müstəntiq Rüfət Səfərov barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az-ın məlumatına görə, Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Hakimlər kollegiyasının qərarına əsasən Rüfət Səfərovun şikayəti təmin edilməyib.

Qeyd edək ki, Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi R. Səfərov bir müddət əvvəl “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsiylə cinayət işi başlanıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R. Səfərov 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan R. Səfərov apellyasiya şikayəti verib.

Qeyd edək ki, Rüfət Səfərov  Müdafiə Nazirliyinin sabiq mətbuat katibi Eldar Sabiroğlunun oğludur.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 317

Oxşar yazılar