Əfqan Muxtarlı ev dustaqlığına buraxılmadı
20 iyun 2017 17:23 (UTC +04:00)

Əfqan Muxtarlı ev dustaqlığına buraxılmadı

0

 

Bu gün həbsdə olan jurnalist Əfqan Muxtarlının ev dustaqlığına buraxılması ilə bağlı müdafiəçilərin verdiyi vəsatətə baxılıb.

 

 

Nəsimi rayon Məhkəməsində hakim Məzahir Pənahovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, Əfqan Muxtarlının vəsatəti təmin edilməyib.

 

 

Baş Prokurorluğun yaydığı məlumatda qeyd edilib ki, Əfqan Muxtarlı mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən Ə. Muxtarlı xidmət əməkdaşlarına müqavimət göstərib. Ə. Muxtarlı inzibati qaydada tutularaq üzərinə şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanaraq götürülüb. Ona Cinayət Məcəlləsinin CM-nin 318-ci (Dövlət sərhədinin qanunsuz olaraq keçmə) və 206-cı (qaçaqmalçılıq), 315-ci maddəsi (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb. Səbail rayon Məhkəməsində Əfqan Muxtarlı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 306

Oxşar yazılar