Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov birinci instansiya məhkəməsinin hökmündən apellyasiya şikayəti verib.
Lent.az-ın məlumatına görə, sabiq meydan rəisi barəsində bəraət hökmünün çıxarılmasını istəyir. İşə yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki, Rəşad Məmmədov dələduzluqda, mənimsədə təqsirləndirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad Məmmədov və İsfəndiyar İsfəndiyarov 1 il 1 ay 8 gün müddətinə azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar, Arzu Məmmədov barəsində ev dustaqlığı qətimkan tədbiri isə ləğv edilib.