<b>Dispanserdə otaq yoldaşını qətlə yetirən şəxs şikayət etdi</b>
11 aprel 2016 17:49 (UTC +04:00)

Dispanserdə otaq yoldaşını qətlə yetirən şəxs şikayət etdi

Bakıda qətldə təqsirləndirilən 1960-cı il təvəllüdlü Əjdər İsmayılov birinci instansiya məhkəməsinin hökmündən şikayəti verib.

Lent.az-ın məlumatına görə, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin hakimi Əflatun Qasımovun  icraaatına verilib. Məhkəmənin ilkin baxış iclası aprelin 15-ə təyin edilib.

Qeyd edək ki, hadisə keçən il Buzovna qəsəbəsində yerləşən 7 saylı Ağciyər Xəstəlikləri dispanserində qeydə baş verib. Dispanserdə müalicə olunan, Qazaxıstan vətəndaşı, 1960-cı il təvəllüdlü Əjdər İsa oğlu İsmayılov mübahisə zəminində otaq yoldaşı, 1969-cu il təvəllüdlü Vahid Camal oğlu Muradovu və 1986-cı il təvəllüdlü Elşən Təyyar oğlu İsmayılovu bıçaqlayıb. V.Muradov aldığı xəsarətdən hadisə yerində ölüb, E.İsmayılov isə ağır xəsarət alıb. Hadisəni törədən Ə. İsmayılov tutulub.

O, Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə),120.2.9-cu (qəsdən adam öldürmə, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə),29,120.2.2-ci (qəsdən adam öldürməyə cəhd, xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29,120.2.7-ci (qəsdən adam öldürməyə cəhd, iki və ya daha çox şəxsi öldürməyə cəhd) və 29,120.2.9-cu (qəsdən adam öldürməyə cəhd, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürməyə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürməyə cəhd) maddələri ilə ittiham olunub.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.İsmayılov 19 il müddətə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 160
avatar

Səlcuq Elçin

Oxşar yazılar