Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirli bilinən Azər Hüseynovun birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayət üzrə məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlumatına görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Hakimlər kollegiyasının qərarına əsasən cinayət işi baxışdan çıxarılaraq, birinci instansiya məhkəməsinə qaytarılıb.
Qeyd edək ki, A.Hüseynov Bakıda bir neçə şəxsdən dələduzluq yolu ilə pul alaraq qaytarmayıb. O, polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində tutulub. A.Hüseynov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən A. Hüseynov 8 il müddətə azadlıqdan məhrum edilib.