
Çirkab suyu ətrafa axıdan şəxs CƏZALANDI - FOTOLAR
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə Bakı şəhər ərazisində su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.
DİN Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə, növbəti belə tədbir mayın 16-da paytaxtın Binəqədi rayonu ərazisində keçirilib.
Reyd zamanı çirkab suları ətrafa axıtdığına görə Xocəsən qəsəbə sakini A.Bağırov barəsində İnzibati Xətalar Məcəlləsinin 264-cü (Su obyektlərinin mühafizəsi qaydalarının pozulması), texniki suları kənara təyinatsız axıtdığına görə isə Xocəsən qəsəbə sakini E.İsmayılov barəsində İnzibati Xətalar Məcəlləsinin 262-ci (Su obyektlərindən və sudan istifadə qaydalarının pozulması) maddələri ilə protokollar tərtib edilmişdir.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Oxşar yazılar
Qadını barda saxlamaq üçün 13 polis gəldi
2 iyul 2025 , 19:12
Tərtərdə 40 yaşlı kişini ilan sancdı: Bakıya göndərildi
2 iyul 2025 , 18:43
Yekaterinburqda saxlanılan azərbaycanlılara qarşı ittiham irəli sürüldü
2 iyul 2025 , 17:27
Tiktoker “Roşka”nın məhkəməsi başlayır
2 iyul 2025 , 16:45
“Bir balıq tuta bilmədin” deyib döydü, dənizə atdı
2 iyul 2025 , 16:18
Şabranda dağ yanır
2 iyul 2025 , 16:14
Tağı İbrahimovun mebel sexindəki dəhşətli yanğınla bağlı məhkəmədə zərərçəkənlər ifadə verdi
2 iyul 2025 , 16:09