![[b]Çempion Reyhanı öldürən şəxsin cəzası azaldılmadı[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]Çempion Reyhanı öldürən şəxsin cəzası azaldılmadı[/b]
Azərbaycanlı idmançı, dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə çempion Reyhan Məmmədovanın faciəli ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən Əlifağa Məmmədovun birinci instansiya məhkəməsindən verilən şikayətinə baxılıb.
Lent.az-ın məlumatına görə, Bakı Apelyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.
Hakimlər kollegiyasının qərarına görə, Əlifağa Məmmədovun şikayəti təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əlifağa Məmmədov 7 il il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən il iyunun 28-də axşam saatlarında Xətai rayonu Zığ şosesində - SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısında 1962-ci ildə Masallı rayonunda anadan olmuş Əlifağa Məmmədov idarə etdiyi BMV markalı, "90 XU 928" dövlət nömrə nişanlı maşınla yolu keçən 1995-ci il təvəllüdlü Reyhan Məmmədovanı vurub. O, aldığı xəsarətdən hadisə yerində ölüb.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilib.
Oxşar yazılar
![İki aylıq qızını satan ana saxlanıldı](https://lent.az/storage/news/2025/february/13/big/67aded658b11a67aded658b11b173945174967aded658b11867aded658b119.jpg)
İki aylıq qızını satan ana saxlanıldı
13 fevral 2025 , 17:49![Bakıda küçədə kişi meyiti tapıldı](https://lent.az/storage/news/2025/february/13/big/67adf27e793b367adf27e793b417394530546552d0e52d0bbb758d01356603233cbc.jpg)
Bakıda küçədə kişi meyiti tapıldı
13 fevral 2025 , 17:36![Məhkəmə Şahnaz Bəylərqızı ilə bağlı QƏRAR VERDİ](https://lent.az/storage/news/2025/february/13/big/67ade88b0c84167ade88b0c842173945050767ade88b0c83f67ade88b0c840.jpg)
Məhkəmə Şahnaz Bəylərqızı ilə bağlı QƏRAR VERDİ
13 fevral 2025 , 16:42![Tiktoker və model Çelsi həbs edildi](https://lent.az/storage/news/2025/february/13/big/67ade48945e6767ade48945e68173944948167ade48945e6567ade48945e66.jpg)
Tiktoker və model Çelsi həbs edildi
13 fevral 2025 , 16:25![Sumqayıtda bağban ağacdan yıxılıb öldü](https://lent.az/storage/news/2025/february/13/big/67add568306a167add568306a2173944560867add5683069f67add568306a0.jpg)
Sumqayıtda bağban ağacdan yıxılıb öldü
13 fevral 2025 , 15:53![Bakıda evdən qızıl oğurlayan qadınlar tutuldu](https://lent.az/storage/news/2025/february/13/big/67add1aaac91d67add1aaac91e173944465067add1aaac91b67add1aaac91c.png)
Bakıda evdən qızıl oğurlayan qadınlar tutuldu
13 fevral 2025 , 15:13!["Turan" informasiya agentliyi fəaliyyətini dayandırdı](https://lent.az/storage/news/2025/february/13/big/67add03061c6767add03061c68173944427267add03061c6567add03061c66.webp)
"Turan" informasiya agentliyi fəaliyyətini dayandırdı
13 fevral 2025 , 14:56![Məşhur "Show Baku" restoranı bağlandı - VİDEO](https://lent.az/storage/news/2025/february/13/big/67ada23ec723967ada23ec723a173943251067ada23ec723667ada23ec7238.jpg)