[b]Bu şəxslər xüsusi nəzarətə götürüləcək[/b]
10 noyabr 2016 15:10 (UTC +04:00)

[b]Bu şəxslər xüsusi nəzarətə götürüləcək[/b]

Azərbaycana qarşı təcavüz törədən, yaxud ölkənin müdafiə maraqlarına, təhlükəsizliyinə real təhlükə yaradan dövlətin və ya dövlətlərin ölkədəki vətəndaşları hərbi vəziyyət şəraitində interne ediləcək.

 

 

APA-nın məlumatına görə, bu, yenidən hazırlanmış “Hərbi vəziyyət haqqında” qanun layihəsində əksini tapıb. Bu termin qanun layihəsinin birinci maddəsində əsas anlayışlar siyahısına daxil edilib.

 

 

Qanunun 1.0.5-ci maddəsində bildirilir ki, interne edilmə - Azərbaycan Respublikasına qarşı təcavüz aktı törətmiş və ya ölkənin müdafiə maraqlarına, onun təhlükəsizliyinə real təhlükə yaradan dövlətin və ya dövlətlərin vətəndaşlarının hamılıqla qəbul edilmiş beynəlxalq hüququn normalarına və prinsiplərinə uyğun olaraq ölkə daxilində bunun üçün xüsusi ayrılmış yerlərdə nəzarət altında saxlanmasıdır.

 

 

Qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 181
avatar

APA Baycan

Oxşar yazılar