<b>Qadınları satan alverçi məhkəmədən şikayətçidir</b>
18 aprel 2016 11:13 (UTC +04:00)

Qadınları satan alverçi məhkəmədən şikayətçidir

0

 

 

 

İnsan alverində təqsirləndirilən Sima Ramazanzadə birinci instansiya məhkəməsinin hökmündən şikayət verib. Lent.az-ın məlumatına görə, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin hakimi Rizvan Səfərovun icraatına verilib. Apellyasiya üzrə məhkəmənin keçiriləcək ilkin baxış iclası aprelin 20-nə təyin edilib.

 

 

Qeyd edək ki, S.Ramazanzadə azərbaycanlı bir qrup qadını fahişəliyə cəlb etməkdə təqsirli bilinib. O, 2015-ci ildə Daxili İşlər Nazirliyinin İnsan Alverində şübhəli bilinib. Onun həmcinslərini fahişləyə cəlb etməsi müəyyən edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Ramazanzadə 4 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 374

Oxşar yazılar