<b>Baldızını bıçaqlayan şəxsə hökm oxundu</b>
19 oktyabr 2016 16:23 (UTC +04:00)

Baldızını bıçaqlayan şəxsə hökm oxundu

0

Xırdalanda baldızını münaqişə zəminində bıçaqlayan Aslan Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmü ilə A.Hüseynov 7 il müddətinə azadlıqdan məhrum edilib.

 

 

Qeyd edək ki, hadisə Xırdalan şəhərində qeydə alınıb. Fikrət Əhmədov küçəsində yaşayan 1967-ci il təvəllüdlü A.Hüseynov aralarında yaranan mübahisə zamanı baldızı Hicran Məhərrəmzadəni bıçaqlayıb. Yaralı təcili yardımla Respublika Klinik Xəstəxanasına çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub. Həkimlər H.Məhərrəmzadədə 10 yaxın bıçaq xəsarəti aşkarlayıblar. Hadisə zamanı A.Hüseynov da xəsarət alıb. O, 1 saylı şəhər xəstəxanasına gətirilib. Bıçaq onun əlini kəsib. A.Hüseynov polislərə bildirib ki, baldızı onun evinə gələrək bıçaqla ona hücum edib. O da bıçağı baldızının əlindən alaraq ona vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 295

Oxşar yazılar