[b]Bakıda taksi sürücülərinin qənimi ələ keçdi[/b]
09 may 2018 12:40 (UTC +04:00)

[b]Bakıda taksi sürücülərinin qənimi ələ keçdi[/b]

Mayın 7-də DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edən Abşeron rayon sakinləri Nuhbala İsmayılov və Qubad Xudayev avtomobillə apardıqları sərnişinlərin onları bıçaqla hədələyərək pullarını almaları barədə məlumat veriblər. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, məlumatla əlaqədar Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla mayın 3-də Mehdiabad qəsəbəsi ərazisində N.İsmayılovun “TOFAŞ” markalı avtomobili ilə sərnişin qismində Binəqədi qəsəbəsinə gedəcəyini bildirən şəxsin qəsəbə ərazisində sürücünü bıçaqla hədələyərək 200 manatını alması, həmin gün “Mercedes” markalı avtomobilin sürücüsü Q.Xudayevin sərnişininin də analoji üsulla onun 90 manat pulunu alması məlum olub.

Əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən “isti izlər”lə saxlanılıb.  Onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nəsimi Qələndərov olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 214
avatar

Oxşar yazılar

Qubada evdə partlayış -  Yaralanan var

Qubada evdə partlayış - Yaralanan var

15 dekabr 2024 , 13:09
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46