<b>Bakıda növbəti avtobus qəzası,<span style="color:red;"> xəsarət alanlar var - FOTO </b>
27 aprel 2016 17:53 (UTC +04:00)

Bakıda növbəti avtobus qəzası, xəsarət alanlar var - FOTO

 

Bakıda marşrut avtobusu qəza törədib.

 

APA-nın məlumatına görə, hadisə bu gün saat 17 radələrində Nobel prospektində qeydə alınıb. “Daewoo” markalı marşrut avtobusu “KİA” markalı, 90 SA 088 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində iki nəfər yüngül xəsarət alıb və hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

 

Faktla bağlı araşdırma aparılır.

# 189
avatar

APA Baycan

Oxşar yazılar