<b>Bakıda məşhur restoranda atışanlar son söz dedi</b>
12 fevral 2018 11:38 (UTC +04:00)

Bakıda məşhur restoranda atışanlar son söz dedi

 
 
"Badamdar qəsəbəsindəki “Bulaq” restoranında silahlı insident törətməkdə təqsirləndirilən Bəhruz Rəfiyev, Fuad Əsgərov, Tofiq Qaramizadə, Müzəffər Cəfərov, Araz Vəliyev, Murtuza Tağıyev, Süleyman Abdullayev və Hüseyn Hüseynovun cinayət işi üzrə məhkəmə davam edib.
 
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Samir Allayarov (kriminal aləmdə "Ayqam Samir" kimi tanınır) çıxış edərək heç bir sözünün olmadığını deyib. 
 
 
Tofiq Qaramirzə isə çıxışında bildirib ki, Fuad Əsgərovla heç bir problemi yoxdur: "Fuadla mənim pul söhbətim yoxdur. Heç bir şikayət yoxdur. Ölümə cəhd ittihamı veriblər. Xuliqanlıq versinlər. Bir cavanlıqdır eləmişik. Telefonda anlaşılmazlıq olub. Bir birimizə silah çəkmişik".
 
Bəhruz Rəfiyev deyib ki, özünü təqsirli bilmir: "Mən heç kimdən pul istəməmişəm. Heç kimə silah çəkməmişəm. Mən vurulmuşam. Xahiş və tələb edirəm ki, bəraət verəsiniz".
 
Süleyman Abdullayev isə qeyd edib ki, ona ədalətli hökm versinlər.
 
Fuad Əsgərov ("Astaralı Fuad") isə son sözə vaxt istəyib. Proses fevralın 19-ə təyin edilib.
 
 
 
Xatırladaq ki, dövlət ittihamçısı Tofiq Qaramirzadənin 12 il, Fuad Əsgərovun 15 il 6 ay, Samir Allahyarovun 18 il, Bəhruz Rəfiyevin 13 il, Süleyman Abdullayevin 12 il, Müzəffər Cəfərovun 7 il 9 ay, digərlərinin hər birinin 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
 
 
 
Qeyd edək ki, cinayət hadisəsi 2016-ci ilin aprelin 21-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən “Bulaq” restoranında baş verib. Hadisə zamanı F.Əsgərov və B.Rəfiyev tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı S.Abdullayev isə bıçaqlanıb. Hər iki yaralı Bakıdakı özəl xəstəxanalardan birinə yerləşdirilib. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri T.Qaramizadə, H.Hüseynov, B.Rəfiyev və digər şəxslər tutulub.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 596

Oxşar yazılar