Penitensiar xidmətin və Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin əməliyyat aparatının həyata keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Qurumdan Lent.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 2 ay müddətinə azadlıqdan məhrum edilmiş şəxs Rəsulov Nofəl Şəmşir oğlu müəssisəyə qəbul olunarkən üzərinə və şəxsi əşyalarına baxış keçirilən zaman gizlətdiyi və axtarış zamanı udmağa cəhd etdiyi sellofan bükülüdə 0,837 qram heroin aşkar edilib.