[b]Bakıda maşınla 7 yaşlı qızı vurub qaçdılar[/b]
23 iyul 2017 12:44 (UTC +04:00)

[b]Bakıda maşınla 7 yaşlı qızı vurub qaçdılar[/b]

Bakıda naməlum avtomobil 7 yaşlı qızı vurub. Lent.az xəbər verir ki, hadisə Yasamal rayonu V.Əliyev küçəsi 200 ünvanının qarşısında baş verib. Nömrəsi və markası məlum olmayan avtomobil 2010-ci il təvəllüdlü Fatimə Çələbiyevanı vuraraq uzaqlaşıb. Azyaşlı Travmatologiya xəstəxanasına yerləşdirilib.

 

Hazırda qəzanı törədən sürücünün və avtomobilinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 402

Oxşar yazılar