Lüks maşınla qızı vurub öldürən oğlanın biznesmen atası <span style="color:red;">DANIŞDI  - <span style="color:red;">YENİLƏNİB
04 may 2017 14:43 (UTC +04:00)

Lüks maşınla qızı vurub öldürən oğlanın biznesmen atası DANIŞDI - YENİLƏNİB

0

Dünən saat 16:00 radələrində "Porsche Cayenne Magnum” markalı, 99 BS 999 dövlət nömrə nişanlı avtomobillə 24 yaşlı Xəyalə Məmmədovanın vurularaq öldürülməsi barədə xəbər vermişdik. Lent.az xəbər verir ki,  hadisəni törədərək qaçan şəxs iş adamı Füzuli Fərəcovun oğlu Ağəli Fərəclidir. F.Fərəcov unikal.org-a açıqlamasında hadisəni törədən oğlunun hələ 14 yaşında olduğunu deyib: "Mənim oğlumun 14 yaşı var. Törətdiyi hadisə ilə bağlı cinayət işi açılıb, məsuliyyətə cəlb olunub və hazırda araşdırma aparılır. Qanun nəyi tələb edirsə, o da olacaq”.

 

Oğlunun həbs olunmasına gəlincə iş adamı bildirib ki, "14 yaşlı uşağı həbs edərlər? Bu nədi, yazırsınız?...”-deyə qeyd edib.

 

"Bəs, 14 yaşlı uşağa avtomobili necə etibar etmisiniz?”- Sualına isə iş adamı cavab vermədən telefonu söndürüb.

 

Hadisəni törədən A.Fərəclinin həyatını əks etdirən bəzi fotoları təqdim edirik.

 

 

*****

 

11:39

 

Dünən saat 16 radələrində Bakının Sabunçu rayonu ərazisində Bakıxanov qəsəbəsindən metronun “Neftçilər” stansiyası istiqamətinə gələn yolda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, maşınla 24 yaşlı Xəyalə Məmmədovanı vurub qaçan Fərəcli Ağaəli Füzuli oğlunun qəzanı 99 BS 999 dövlət nömrə nişanlı “Porsche Cayenne Magnum” markalı avtomobillə törətdiyi üzə çıxıb. Kamera görüntüləri əsasında sürücü və nəqliyyat vasitəsi müəyyənləşdirilib.

 

Bildirilir ki, hadisəni törədən A.Fərəcli tanınmış iş adamı Füzuli Fərəcovun oğludur. O, Bakıxanov qəsəbəsində yaşayır və burada bir neçə restoranı var. Qəzanı törədən avtomobilin qiyməti isə 200 min manatdan başlayır.

 

Qeyd edək ki, X.Məmmədova 3 saylı şəhər xəstəxanasında vəfat edib.

 

*****

 

10:38

 

Bakıda avtomobilin vurduğu qadın xəstəxanada ölüb. Lent.az xəbər verir ki, dünən saat 16 radələrində Bakıxanov qəsəbəsindən "Neftçilər" metrostansiyası istiqamətinə gələn yolda naməlum avtomobil Xəyalə Məmmədovanı vurub. Ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına aparılan qadın orada ölüb. Araşdırmalarla müəyyən edilib ki, qəzanı törədən avtomobili Fərəcli Ağaəli Füzuli oğlu idarə edirmiş. Araşdırmalar davam etdirilir.

 

Qeyd edək ki, dünən Bakıda yol qəzalarında 2 piyada ölümü faktı qeydə alınıb ki, bu hadisələrin hər ikisi Bakıxanov qəsəbəsində baş verib.

 

 

*****

 

05:08

 

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Lent.az-ın “report”-a istinadən xəbərinə görə, hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində qeydə alınıb.

 

Belə ki, sürücüsünün adı hələlik açıqlanmayan minik avtomobili şəxsiyyəti məlum olmayan 25-27 yaşlı oğlanı vurub. Piyada aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu Rayon Şöbəsinə təhvil verilib.

 

Hazırda Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları ölmüş şəxsin kimliyini araşdırır.

 

Hadisəni törətmiş sürücü saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 588

Oxşar yazılar