Bakıda intihar hadisəsi baş verib. Lent.az xəbər verir ki, Binə qəsəbəsində yaşayan Kürdəmir rayonu Mollakənd kənd sakini, 1980-ci il təvəllüdlü İbrahimov Eldəniz Əliş oğlu özünü evdə asaraq, həyatına son qoyub.
Bildirilir ki, E.İbrahimov əvvəllər məhkumluq həyatı yaşayıb və subay olub.
Faktla bağlı Xəzər rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.