Bakıda taksidə ölüm olub. Lent.az xəbər verir ki, Bakı-Ələt yolunun Sahil qəsəbəsindən keçən hissəsində hərəkətdə olan taksidə sərnişin 1957-ci il təvəllüdlü Gülsətin Şöyübovanın halı qəfil pisləşib. Sürücü avtomobili kənara çəkərək saxlayıb və təcili tibbi yardım çağırılıb. Lakin artıq gec olub, qadın keçinib.
İlkin məlumata görə, G.Şöyübova ürək tutmasından vəfat edib.