3 gün əvvəl Bakıda yaşadığı evin həyətində elektrik cərəyanı vurması nəticəsində ağır xəsarət alan 5 yaşlı Aysu Abbasova vəfat edib. Lent.az xəbər verir ki, Binə qəsəbəsi Atçılıq yaşayış massivindən termiki yanıq xəsarətlri ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilən azyaşlının həyatını xilas etmək mümkün olmayıb. O, dünən xəstəxanada vəfat edib.
*****
Bakıda bədbəxt hadisə baş verib. Lent.az xəbər verir ki Xəzə rayon Binə qəsəbəsi Atçılıq yaşayış massivində 5 yaşlı Aysu Abbasova həyətdə oynayarkən onu elektrik cərəyanı vurub. Azyaşlı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.