Bacısı ilə əl-ələ gəzən dostunun qanını tökdü <span style="color:red;">- Bakıda film kimi olay -  <span style="color:red;">YENİLƏNİB
08 iyun 2016 10:13 (UTC +04:00)

Bacısı ilə əl-ələ gəzən dostunun qanını tökdü - Bakıda film kimi olay - YENİLƏNİB

Bakının Bülbülə qəsəbəsində baş vermiş bıçaqlanma hadisəsinin təfərrüatları məlum olub. Lent.az ANS TV-yə istinadən xəbər verir ki, Suraxanı rayonu Bülbülə qəsəbə sakini Emin Teymur oğlu Cəfərov onunla eyni məhəllədə yaşayan İsmət İslam oğlu Qəmbərovu qısqanclıq zəminində bıçaqlayıb.

 

31-ci Polis Bölməsi əməkdaşlarının yaxaladığı Emin Cəfərov bildirib ki, altı aydır ki, məhəllədə İsmətin onun bacısı ilə əl-ələ gəzməsi barədə söz-söhbətlər gəzir. Söz-söhbətlərə son qoymaq istəyən Emin İsmətlə münasibətlərinə aydınlıq gətirmək qərarına gəlib. Dostların söhbəti mübahisəyə, mübahisə isə əlbəyaxa döyüşə keçib. Sinə nahiyəsindən yaralanan İsmətin al-qana boyandığını görəndə Emin ona kömək etmək qərarına gəlib, onu xəstəxanaya aparıb.

 

Emin Səfərov İsmət Qəmbərovu bıçaqlamasından peşman olduğunu qeyd edib.

 

Faktla  əlaqədar Suraxanı Rayon Polis idarəsində araşdırma gedir.

 

*****

 

6 iyun 

 

Bakıda bıçaqlanma hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Bülbülə qəsəbəsində 1994-cü il təvəllüdlü Qəhrəmanov Qismət İslam oğlu döş qəfəsinin sol nahiyəssinin daxilə nüfuz edən kəsilmiş-deşilmiş xəsarəti ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

 

Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində 22 yaşlı oğlanın həmyaşıdı Cəfərov Emin Teymur oğlu tərəfindən bıçaqlanması müəyyən edilib və o tutulub.

 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 299
avatar

Nizam Rza

Oxşar yazılar