Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakıda qanunsuz ağac kəsilməsi hadisəsi ilə bağlı polisə müraciət edib. Lent.az xəbər verir ki, müraciətdə bildirilir ki, İnqilab İsmayılov küçəsi 36 ünvanındakı binanın arxasındakı köhnə bağ sahəsində naməlum şəxs və ya şəxslər 1 qovaq, 12 albalı, 6 nar və 2 ərik ağacını kəsərək məhv edib.
Ağacları kəsən şəxslərin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.