<b>Bakda iki mənzildə meyit aşkarlandı</b>
05 may 2016 14:05 (UTC +04:00)

Bakda iki mənzildə meyit aşkarlandı

0

Bakıda iki nəfərin öz mənzilində cəsədi aşkarlanıb.

Lent.az-ın FHN-in saytına istinadənb məlumatına görə, Yasamal rayonunda 1972-ci il təvəllüdlü Qafarova Məsmə Vaqif qızının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirmiş və vətəndaşı huşsuz vəziyyətdə aşkar ediblər. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı vətəndaşın vəfat etdiyi müəyyən olunub.

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Sabunçu rayonunda Adıyev Maqsid Savo oğlunun mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilə baxış keçirilib və vətəndaşı huşsuz vəziyyətdə aşkar ediblər. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı vətəndaşın vəfat etdiyi müəyyən olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 230

Oxşar yazılar