Bakıda daha bir prospektində təmir işləri aparılacaq.
“Azəravtoyol” ASC-dən Lent.az-a verilən məlumata görə, 19 aprel səhər saat 10:00-dan etibarən Nizami rayonu Bəkir Çobanzadə küçəsinin Naxçıvanski küçəsi ilə kəsişməsindən Babək prospektinə qədər olan hissəsində təmir-tikinti işlərinə start verilir.
Sözügedən hissədə təmir-tikinti işlərinin aparıldığı müddət ərzində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.
Sürücülərdən aparılacaq işlərə anlayışla yanaşmaları xahiş olunur.