Azərbaycanlı "qanuni oğru"nun qardaşı məhkəməyə çıxarıldı
Kriminal aləmdə Rafət Əlibayramski kimi tanınan qanuni oğru Rafət Əmirovun qardaşı Rüfət Əmirov və onunla ittiham olunan Elvin Hüseynov, Rüfət Kərimov, Kamil Əmirov, İsmayıl İbrahimovun cinayət işi üzrə məhkəmə başlayıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, təqsirləndirilən şəxsləri vəkilləri işdə iştirak etməyib. Bu səbəbdə məhkəmə mayın 10-a qədər təxirə düşüb.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, Nəsimi Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinə Rüfət adlı bir nəfərin üzərində odlu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.
Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən şəxs - Şirvan şəhər sakini Rüfət Əmirov saxlanılaraq idarəyə gətirilib.
Onun üzərinə baxış keçirilən zaman bir ədəd “Makarov” markalı tapança, həmin silaha məxsus daraq və 7 ədəd patron aşkar olunaraq götürülüb.
Saxlanılan şəxs ifadəsində tapançanı bir neçə il bundan əvvəl Rusiya Federasiyasından aldığını və qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirdiyini bildirib.
R.Əmirovun ətrafında həyata keçirilən əlavə əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, o, Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə Binəqədi Rayon Polis İdarəsi tərəfindən də axtarışdadır.
Daha sonra onun barəsində aparılam istintaq dövründə onunla cinayət iştirak etməkdə şübhəli bilinənElvin Hüseynov, Rüfət Kərimov, Kamil Əmirov, İsmayıl İbrahimov saxlanılıb.
Onlarq Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə ittiham verilib.
Rafət Əlibayramlinski və qardaşı Rüfət Əmirov “Lotu Quli”nin (Nadir Səlifov) adamları kimi tanınır.
208