<b>Aytacın qatilinin istəyi reallaşmadı</b>
31 may 2016 16:50 (UTC +04:00)

Aytacın qatilinin istəyi reallaşmadı

0

Bu gün Bakı Apellyasiya Məhkəməsində Aytac Babayevanı öldürməkdə təqsirləndirilən Gürcüstan vətəndaşı İzzət Hüseynov barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə yekunlaşıb.

Lent.az-ın məlumatına görə,  hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Hakimlər kollegiyasının qərarına əsasən, İ.Hüseynovun apelyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı höküm dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, keçən il aprel ayının 29-da Nizami rayonunun Bəhruz Nuriyev küçəsində İzzət Hüseynov sevdiyi qızı - 1998-ci il təvəllüdlü, 58 saylı orta məktəbin 11-ci sinif şagirdi olan Aytac Babayevanı qətlə yetirib. Hadisə sevgililər arasında yaranan şəxsi münasibətlər zəminində baş verib. İ.Hüseynov Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub.

 Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Hüseynov 20 il müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan İ.Hüseynovun müdafiəçisi Adəm Məmmədov apellyasiya şikayəti verib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 368

Oxşar yazılar