<b>Arvadını baltalayana<span style="color:red;"> 13 İL 6 AY CƏZA </b>
17 iyul 2018 12:39 (UTC +04:00)

Arvadını baltalayana 13 İL 6 AY CƏZA

Arvadını öldürməkdə təqsirləndirilən Famil Abduləzimov barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hakimlər kollegiyasının qərarı ilə Famil Abduləzimov 13 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, qətl Hacı Zeynaləddin Tağıyev qəsəbəsinində baş verib. Dəmiryol yaşayış massivində yaşayan 30 yaşlı F.Abduləzimov özündən 3 yaş böyük olan həyat yoldaşı Xalidə Günəşovanı balta ilə qətlə yetirib.

 

F.Abduləzimov arvadını öldürdükdən sonra intihara cəhd edib, bıçaqla boğazına və bədəninə xəsarətlər yetirib. Ailə üzvləri onu xəstəxanaya vaxtında çatdırdığından həyatını xilas etmək mümkün olub.

 

F.Abduləzimovun ilk evliliyi 2009-cu ildə olub və 2012-ci ildə boşanıb. O, boşanandan sonra aliment ödəməkdən boyun qaçırıb və buna görə həbs edilib.

 

O ifadəsində bildirib ki, ikinci həyat yoldaşı Xalidə Günəşova qısqanclıq zəminində öldürüb: “Mənə deyirdi onsuz yenə birinci ailənin alimentini ödəyə bilməyəsən, səni tutacaqlar. O zaman məni gözləməyəcəyini və özünə yeni həyat quracağını dedi. Bu səbəbdən onu öldürmək qərarına gəldim”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 200
avatar

Oxşar yazılar