<b>Arif Əsgərov məhkəməyə gətirilir?</b>
04 iyul 2018 15:42 (UTC +04:00)

Arif Əsgərov məhkəməyə gətirilir?

Nəqliyyat Nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsindən sonra işsiz qalan nəqliyyat nazirinin müavini Arif Əsgərovun baldızı oğlu Rahib Hüseynovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində  hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə  şahidlərin gəlmədiyi məlum olub.

 

Rahib Hüseynovun vəkili Arif Əsgərovun da məhkəməyə çağırılmalı olduğunu bildirib: "Dövlət büdcəsini talayanlar kənarda qalıb. Arif Əsgərov və digərləri məhkəmə gəlib ifadə verməlidir. Onlar birbaşa günahkardır".

Vəsatətə hələ ki, münasibət bildirilməyib.

Məhkəmə iclası iyulun 11-də davam etdiriləcək.

 

Qeyd edək ki, R.Hüseynov bir neçə nəfərdən iş görmək adı ilə külli miqdarda pul alıb. Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur. Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

 

R.Hüseynovun digər qardaşı Emil Hüseynov da dələduzluqda ittiham edilib və onun barəsində də hazırda cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə 9 il azadlıqdan məhrum edilmə cəzası çıxarılıb və məhkəmə zalında həbs edilib.

 

Bildirək ki, Hüseynov qardaşları Arif Əsgərovun baldızı oğludur.

 

 

 

İttihama görə, R. Hüseynov külli miqdarda dələduzluqda təqsirləndirilir. İş üzrə zərərçəkmiş şəxslərdən biri Tovuz rayon İcra Hakimiyyətinin sabiq başçısının oğlu Qoşqar Zeynalovdur. R. Hüseynov barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 367
avatar

Səlcuq Elçin

Oxşar yazılar