Türkiyədən Azərbaycana təyyarə ilə gətirilən “beşbarmaq” və dəyənək aşkarlanıb.
Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Antalya-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşının baqajına rentgen aparatıyla baxış zamanı monitorda “beşbarmaq” və dəyənəyin təsvirləri görünüb.
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları həmin baqaja təkrar yoxlama keçiriblər. Nəticədə, vətəndaşın çantasından 1 ədəd metaldan hazırlanmış “beşbarmaq” və 1 ədəd dəyənək aşkar olunaraq götürülüb.