Həbsdə olan MTN generalı Akif Çovdarovun işində zərərçəkən kimi tanınan, hazırda dələduzluqda təqsirləndirilən İlham Qasımovun cinayət işi üzrə məhkəmə keçirilib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə məlum olub ki, İlham Qasımovun səhhətində problem olduğundan məhkəməyə gətirilməyib. Hakim prosesi sabah saat 16:00 qədər təxirə salıb.
Proses qeyri müəyyən günə qədər təxirə salınıb.
Xatırladaq ki, prokuror çıxışında İlham Qasımova 13 il azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, İ.Qasımov rəhbəri olduğu şirkətin inşa etdiyi binalarda eyni mənzilləri bir neçə adama satmaqla dələduzluq etməkdə təqsirləndirilir. O, eləcə də şair Gülağa Tənhanın ( Qəmbərov) 19,5 milyon dollar pulunu mənimsəyib. İlham Qasımov Cinayət Məcəlləsinn 178.3.2-ci (külli mqidarda dələduzluq), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir. Xatırladaq ki, İ.Qasımov hazırda həbsdə olan MTN generalı Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs kimi tanınıb. A.Çovdarov İ.Qasımovu təhdid edərək külli miqdarda pul almaqda ittiham edilir.