Bu gün Bakı Apellyasiya Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasına dair apellyasiya şikayətinə baxılıb.
Lent.az-ın məlumatına görə, qərara əsasən onun şikayəti təmin edilməyib.
Qeyd edək ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə A.Çovdarov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti dörd ay uzadılıb. Qərardan narazı qalan A.Çovdarov apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.