Bakıda gənc qız intihara cəhd edib. Lent.az xəbər verir ki, Nəsimi rayon sakini, 20 yaşlı Böyükkişiyeva Ülviyyə Ümidvar qızı özünü zəhərləyib. Kimyəvi məhlul içən qız Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.
Bildirilir ki, intihara cəhd edən qız epilepsiya xəstəsidir.