<span style="color:red;">"Rabitə işi" üzrə məhkəmədə hökm oxundu  - Vidadi Zeynalova <span style="color:red;">13 il HƏBS   - <span style="color:red;">YENİLƏNİB
27 iyul 2017 12:16 (UTC +04:00)

"Rabitə işi" üzrə məhkəmədə hökm oxundu - Vidadi Zeynalova 13 il HƏBS - YENİLƏNİB

0
 

Rabitə Nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalov 13 il müddətinə azadlıqdan məhrum edildi.

 

Lent.az-ın Bakı Ağır Cinayətlər Məhkəməsindəki müxbirinin verdiyi  xəbərə görə, "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov 13 il "Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov 11  ilBTRİB-in baş mühasibi Anar Mustafayev 5 il "Optik Qurğular İdarəsi" MMC-in rəhbəri Emin Məmmədov 10 il "Azərpoçt" sabiq direktoru Qəmbər Bəybalayev  3 il müddətinə azadlıqdan məhrum edilib.
 

"Aztelekom"MMC-in sabiq direktoru Məhəmməd Məmmədov, "Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov,  "Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin mühasibi Səhrab Hümbətova 5 il 7 ay cəza verilib və Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək azadlığa buraxılıb. 2 il sınaq müddəti nəzərdə tutulub.

 

Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev və “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova isə 5 il 5 ay cəza verilib. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək azadlığa buraxılıblar. 2 il sınaq müddəti nəzərdə tutulub. 

 

 
 
 
****
 
Bu gün Vidadi Zeynalov və digərlərinə hökm oxunur
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə başa çatır.
 
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə prosesdə hazıra hökm oxunur. 
2 günlük müşavirədən sonra hakimlər kollegiyası hökmü elan edir.
 
Hökm 480 səhifədir.  Bu gün bəzi təqsirləndirilən rabitəçilərin azadlığa çıxması da gözlənilir.
 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 379

Oxşar yazılar