[b]"OMON"-çular azadlığa buraxılmadı[/b]
08 sentyabr 2016 11:30 (UTC +04:00)

[b]"OMON"-çular azadlığa buraxılmadı[/b]

0

 

Bu gün  Qaradağ Rayon Məhkəməsində keçmiş “OMON” üzvləri Elçin Əmiraslanov, Arif Kazımov və Səfa Poladov barəsindəki  ömürlük cəzasının 20 il müddətinə azadlıqdan məhrum etmə ilə əvəz edilməsi haqda verdikləri ərizə üzrə məhkəmə prosesi keçirilib.

 

Lent.az-a bu barədə vəkil Elçin Sadıqov məlumat verib. Vəkilin sözlərinə görə, hakim Rəşad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə ərizəni icraata qəbul etməkdən imtina edib.

Qərardan apellyasiya şikayəti veriləcək.

Qeyd edək ki, E. Əmiraslanov Qazax OMON-çu dəstəsinin komandiri olub, Səfa Poladov və Arif Kazımov isə  həmin dəstənin döyüşçüləri olub. 1996-cı ildə saxlanılan şəxslərə  ölüm cəzası verilib. Sonrada ölüm cəzası ömürlük azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib. 16 dekabr 2016-cı ildə  onların cəzalarının 20 ili tamam olur. Onlar 2000-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin 23-cü maddəsinə əsasən bağışlanma ilə 20 ilədək azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsini istəyirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 611

Oxşar yazılar