<b>"Lotu Quli"nin yeznəsinin məhkəməsi qapalı keçirilir</b>
18 aprel 2017 12:00 (UTC +04:00)

"Lotu Quli"nin yeznəsinin məhkəməsi qapalı keçirilir

 
 
 
Hazırda həbsdə olan, kriminal aləmdə "Lotu Quli" kimi tanınan Nadir Səlifovun bacısının əri Vidadi Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
 
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə prosesi işıqlandırmaq istəyən jurnalistlər zaldan çıxarılıb. 
 
 
Prosesdə 1 nəfər hal şahidi dindirilib. Daha sonra isə bir şahid barəsində məcburi gətirilmə haqqında qərar qəbul edilib.
 
 
Xatırladaq ki, Vidadi Hüseynov məhkəmədə ifadəsində bildirib ki, onu "Lotu Quli"yə görə tutublar: "Polisdə dedilər ki,  Nadir Səlifovun bütün yaxınları tutulur, sən də həbs olunmalısan".
 
 
Məhkəmə prosesi aprelin 19-a təyin edilib.
 
 
Qeyd edək ki, V. Hüseynov 2016-cı ilin aprel ayının 30-da Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Saxlanılarkən onun üzərindən 12,360 qram heroin aşkarlanıb. 
 
 
V. Hüseynovun barəsində Cinayət Məcəlləsinin (CM) 234.4.3ci (külli miqdarda narkotik vasitə) maddəsi ilə cinayət işi başlanılıb.
 
 
V. Hüseynov hazırda həbsdə olan və "Lotu Quli" ləqəbi ilə tanınan kriminal avtoritet Nadir Səlifovun bacısının həyat yoldaşıdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 285
avatar

Səlcuq Elçin

Oxşar yazılar