<b>"Lombard"ın qadın müdiri məhkəmədə qandallandı</b>
05 aprel 2018 11:05 (UTC +04:00)

"Lombard"ın qadın müdiri məhkəmədə qandallandı

Dələduzluqda təqsirləndirilən Dürrə İsmayılovanın cinayət işi üzrə məhkəmə iclası davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə  keçirilən prosesdə hökm oxunub.

 

 

Hakimlər kollegiyasının hökmünə əsasən, Dürrə İsmayılova barəsində seçilmiş heç yerə getməməklə bağlı qətimkan tədbiri dəyişdirilərək məhkəmə zalından həbs edilib. O, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

 

 

Xatırladaq ki, prokuror çıxışında D.İsmayılovanın 8 il müddətinə azadlıqdan məhrum edilməsini və barəsində həbs qətimkan tədbirini seçilməsini istəyib.

 

 

 

Qeyd edək ki, ittiham aktına əsasən, Bakı şəhərində Xətai rayonu ərazisində Lombard fəaliyyəti ilə məşğul olan Dürrə İsmayılova dələduzluq nəticəsində insanların onun işlətdiyi Lombarda girov qoyduğu əmlakları mənimsəyib .

 

D.İsmayılova lombard fəaliyyəti ilə məşğul olduğu müddətdə vətəndaşlara ümumilikdə 300 min manatdan artıq maddi ziyan vurub. Onun dələduz əməlindən 200 nəfər zərər çəkib.

 

İstintaq dövründə D.İsmayılovanın barəsində həbs qətimkan tədbiri seçilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 261

Oxşar yazılar

Bakıda yük maşını  ağaca çırpıldı

Bakıda yük maşını ağaca çırpıldı

13 fevral 2025 , 00:11
Bakıda məktəbli  vəfat etdi

Bakıda məktəbli vəfat etdi

12 fevral 2025 , 21:41
Bakıda kişi özünü asdı

Bakıda kişi özünü asdı

12 fevral 2025 , 19:33
Həkim səhvinə görə kişinin  qolları və ayaqları   kəsildi

Həkim səhvinə görə kişinin qolları və ayaqları kəsildi

12 fevral 2025 , 19:21
Rusiya onları Azərbaycana TƏHVİL VERDİ

Rusiya onları Azərbaycana TƏHVİL VERDİ

12 fevral 2025 , 18:21
Yasamalda XÜSUSİ ƏMƏLİYYAT:  saxlanılanlar var - VİDEO

Yasamalda XÜSUSİ ƏMƏLİYYAT: saxlanılanlar var - VİDEO

12 fevral 2025 , 17:33
Rusiyada  həbsdə olan   azərbaycanlı  müharibədə öldü

Rusiyada həbsdə olan azərbaycanlı müharibədə öldü

12 fevral 2025 , 16:57
Orkestr rəhbəri konsertdə öldü

Orkestr rəhbəri konsertdə öldü

12 fevral 2025 , 16:43