"Kanal 13"ün direktoru azadlığa buraxıldı
0
0
"Kanal 13” internet televiziyasının həbsdə olan direktoru Əziz Orucovun cinayət işi üzrə məhkəmə bitib.
Lent.az-ın məlumatına görə, Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Vəkil Cavad Cavadlının verdiyi məlumata görə, Əziz Orucovun cəzası 3 ilə salınıb.
Əziz Orucov barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tədbiq edilib.
Prosesdə Əziz Orucovun özü iştirak etməyib. O, saxlandığı cəza çəkmə müəssisəsindən buraxılacaq.
Qeyd edək ki, Ə.Orucov barəsində Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə) və 308-ci (vəzifə saxtakarlığı) maddəsi ilə ittiham verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində Əziz Orucov 6 il müddətə azadlıqdan məhrum edilmişdi.
0
0