"Kanal 13” internet televiziyasının həbsdə olan direktoru Əziz Orucovun cinayət işi üzrə məhkəmə başlayıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevi sədrliyi ilə keçirilən prosesdə Əziz Orucovun anket məlumatları dəqiqləşdirilib.
Daha sonra Əziz Orucovun vəkili Cavad Cavadov 3 vəsatətlə çıxış edib.
O, müvəkkilinin barəsində olan cinayət işinə xitam verilməsini, bu təmin olunmayacağı təqdirdə barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini və şüşə qəfəsdən çıxarılaraq vəkillərin yanında əyləşməsini istəyib.
Məhkəmə jurnalistin şüşə qəfəsdən çıxarılaraq vəkilinin yanında əyləşdirilməsi ilə bağlı vəsatəti təmin edib.
Digər vəsatətlər isə təmin edilməyib.