<b><span style="color:red;">Xırdalanda faciə:  damarlarını doğrayıb özünü 8-ci mərtəbədən atdı</b> - <span style="color:red;">YENİLƏNİB
27 iyul 2018 10:45 (UTC +04:00)

Xırdalanda faciə: damarlarını doğrayıb özünü 8-ci mərtəbədən atdı - YENİLƏNİB

Abşeronda iyulun 26-da baş verən intihar hadisəsinin bəzi detalları məlum olub.

 

APA-nın məlumatına görə, araşdırmalar nəticəsində “Kristal Abşeron” yaşayış kompleksində özünü 8-ci mərtəbədən ataraq intihar edən şəxsin Tovuz rayon sakini, 1992-ci il təvəllüdlü Tural Ramiz oğlu Nağıyev olduğu müəyyən edilib. T. Nağıyev həmin binada kirayədə yaşayırmış. O, əvvəlcə ülgüclə damarlarınıı doğrayıb, binadan özünü aşağı atıb.

 

İntiharın səbəbləri hələlik məlum deyil.

 

 

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

 

 

******

 

 

26 iyul

 

 

Abşeronda intihar olub.

 

APA-nın məlumatına görə, hadisə rayon ərazisində “Kristal Abşeron” yaşayış kompleksində qeydə alınıb. Kompleksin ərazisindəki binalardan birində yaşayan 20-25 yaşlarında olan oğlan özünü 8-ci mərtəbədən ataraq intihar edib.

 

Hadisə yerində hüquq-mühafizə orqanları əməkdaşları gəlib.

 

 

İntiharın səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 409
avatar

APA Baycan

Oxşar yazılar