Azərbaycanda bazardan evə qayıdan ata-oğulun DƏHŞƏTLİ SONU - YENİLƏNİB
21 iyun 2017 11:14 (UTC +04:00)

Azərbaycanda bazardan evə qayıdan ata-oğulun DƏHŞƏTLİ SONU - YENİLƏNİB

 

İyunun 21-nə keçən gecə Sabirabad rayonunda ata və oğulun həyatını itirməsi ilə nəticələnən dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az xəbər verir ki, “VAZ 2106” markalı minik avtomobilinin “Shachman” markalı yük maşınına çırpılması nəticəsində vəfat edən Saatlı rayonu Mircəlal kənd sakini 1958-ci il təvəllüdlü Astanov Həsənxan Hüseynxan oğlu və onun oğlu 1989-cu il təvəllüdlü Dəyanət Bakıdakı meyvə-tərəvəz bazarından evə qayıdırmış. Belə ki, öz həyətlərinin məhsulunu Bakıya gətirib satan ata və oğlu gecə saatlarında geri yola düşürmüş.

 

Hadisə şahidləri bildiriblər ki, hadisə “VAZ 2106”nın idarəetmədən çıxması nəticəsində baş verib. Əvvəlcə səkiyə çırpılan minik avtomobili daha sonra yolun hərəkət hissəsinə qayıdıb və əks istiqamətdən gələn iritonnajlı yük maşınının altına girib.

 

 

28 yaşlı Dəyanət Astanov ailəli imiş və 2 azyaşlı körpəsi qalıb. 

 

*****

 

23:51

 

 

Sabirabad rayonunda baş verən ağır qəzada ölənlərin şəxsiyyəti məlum olub. APA-nın Mil-Muğan bürosunu verdiyi xəbərə görə,  “VAZ 2106” markalı minik avtomobili ilə  “Shachman” markalı yük avtomobilinin toqquşması nəticəsində sürücü, Saatlı rayonu Mircəlal kənd sakini 1958-ci il təvəllüdlü Astanov Həsənxan Hüseynxan oğlu və onun oğlu 1989-cu il təvəllüdlü Astanov Dəyanət hadisə yerində ölüblər.  

 

***

 

22.34

 

Hacıqabul-Bəhramtəpə magistralının Sabirabad rayonun Nizami kəndi ərazisindən keçən hissəsində ölümlə nəticələnə yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın Mil-Muğan bürosunu verdiyi xəbərə görə, “VAZ 2106” markalı minik avtomobili ilə “Shachman yük avtomobili toqquşub.

 

Nəticədə “VAZ 2106” markalı avtomobildə olan iki nəfər dünyasını dəyişib.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır. Ölənlərin adları və hadisənin təfərrüatları müəyyənləşdirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 165

Oxşar yazılar