<span style="color:red;">"Peşmanam"  - Şəhid qızını öldürən gəncə <span style="color:red;">HÖKM OXUNDU
03 may 2018 17:45 (UTC +04:00)

"Peşmanam" - Şəhid qızını öldürən gəncə HÖKM OXUNDU


Bakıda şəhid qızını avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən biznesmen oğlu Rəhim Rəhimovun cinayət işi üzrə məhkəmə başa çatıb.

 

 

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Rəhim Rəhimov son sözlə çıxış edib.

 

 

R.Rəhimov çıxışında avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyi üçün özünü təqsirli bilib: “Sürətli sürməmişəm, hadisə yerindən qaçmamışam. Təcili yardım çağırmışam. Bir insanın həyatına son qoyduğum üçün peşmanam".

 

Hakimlər kollegiyasının hökmünə əsasən, Rəhim Rəhimov  5 il müddətinə azadlıqdan məhrum edilib.

 

R.Rəhimovun ittiham olunduğu hadisə yerindən qaçma maddəsi isə hökmdən xaric edilib. Məhkəmə onun hadisə yerindən qaçmadığı qənaətinə gəlib.

 

 

Qeyd edək ki, ötən il noyabrın 8-də paytaxtın Səbail rayonu ərazisində naməlum sürücünün idarə etdiyi “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızı vurulub. O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Sürücünün hadisə yerindən qaçması faktına görə cinayət işi başlanıb.

 

 

 R.Rəhimov noyabrın 29-da şübhəli şəxs qismində tutulub.

 

Ona Cinayət Məcəlləsinin 263-cü(ölümlə nəticələn qəza törətmək) və 264-cü( hadisə yerindən qaçma) maddəsilə ittiham verilib.

 

 

Xatırladaq ki, qəzanı tərədən 17 yaşlı R.Rəhimov iş adamı, “Xırdalan Xəz” ASC-nin rəhbəri Akif Rəhimovun oğludur. A.Rəhimov isə “Yeganə” şadlıq sarayının rəhbəri Məmməd Rəhimovun qardaşıdır.

 

Qəzada ölən K.Ələkbərova isə şəhid Elton Ələkbərovun qızıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 190
avatar

Səlcuq Elçin

Oxşar yazılar