20 il həbs cəzası alan şəxsin cəzası azaldılmadı
11 avqust 2016 10:28 (UTC +04:00)

20 il həbs cəzası alan şəxsin cəzası azaldılmadı

Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə və quldurluq etməkdə təqsirləndirilən Pərviz Abbasov birinci instansiya məhkəməsinin hökmdən verdiyi şikayət üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az-ın məlumatına görə, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Hakimlər kollegiyasının qərarına əsasən birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb. P. Abbasovun şikayəti təmin edilməyib.  

Qeyd edək ki, hadisə ötən il avqustun 2-də saat 01:00 radələrində Səbail rayonununda baş verib. Badamdar qəsəbəsindən 20-ci sahə istiqamətində gedən yolda Bakı şəhər sakini Həmid Paşayevin idarə etdiyi "Nissan Sunny" markalı avtomobildə çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilmiş meyiti tapılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Prokurorluq, daxili işlər və milli təhlükəsizlik orqanları əməkdaşlarının birgə həyata keçirdikləri intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qətl hadisəsinin Biləsuvar rayonunun Ağayarlı kənd sakini, 20 yaşlı P.Abbasov tərəfindən törədilməsi müəyyən edilib.

Həmçinin o da müəyyən edilib ki, P.Abbasov bir neçə gün əvvəl Səbail rayonu ərazisində vətəndaşa qarşı quldurluq cinayəti də törədib. P.Abbasovun Biləsuvar rayonunda gizləndiyi müəyyən olunub və o, yaxalanaraq istintaqa təhvil verilib.

P.Abbasov Cinayət Məcəlləsinin 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə), 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.11-ci (qəsdən adam öldürmə, quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) maddələri ilə ittiham olunub.

Bu il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə P.Abbasov 20 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumun müdafiəçisi Zöhrab Əskərov və zərərçəkmiş şəxsin hüquqi varisi Xanım Paşayeva apellyasiya şikayətləri verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 254
avatar

Səlcuq Elçin

Oxşar yazılar

Salyanda AĞIR QƏZA:   Sürücü öldü

Salyanda AĞIR QƏZA: Sürücü öldü

12 dekabr 2024 , 07:36
Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03